Xəbər lenti

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3195-ə çatıb.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Son məlumata görə, əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 10-03-2018, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma