Xəbər lenti

Bundestaqın deputatlarının əksəriyyəti Angela Merkelin AFR kansleri postuna yenidən seçilməsinə səs verib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün Berlində keçirilən parlamentin iclasında onu 364 deputat dəstəkləyib. Beləliklə, lazımi miqdarda səs toplayan Angela Merkel dördüncü dəfə Almaniya kansleri seçilib.

Gizli səsvermənin nəticələri deputatlar tərəfindən sürəkli və uzunmüddətli alqışlarla qarşılanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 804          Tarix: 14-03-2018, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma