Xəbər lenti

ABŞ-ın ədliyyə naziri, baş prokuror Ce Seşns Federal Təhqiqat Bürosu (FTB) direktorunun müavini Endryu Makkeybini vəzifəsindən azad etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, Endryu Makkeyba 2016-cı ilin prezident seçkilərinə aid təhqiqatda fəal iştirak edib.

"Baş müfəttişin məruzəsinə, FTB-nin Peşəkar Məsuliyyət Bölməsinin nəticəsinə və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinin tövsiyələrinə əsaslanaraq, mən bu andan Endryu Makkeybinin səlahiyyətlərinə xitam vermək haqqında qərar qəbul etdim", – deyə Seşnsin cümə günü yayılmış bəyanatında bildirilir. 

 




Ana səhifəyə qayıt        Baxış: 390          Tarix: 17-03-2018, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma