Xəbər lenti

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3567 nəfərə çatıb.

Trend-in məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.

Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 37 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub

 




Ana səhifəyə qayıt        Baxış: 542          Tarix: 17-03-2018, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma