Xəbər lenti

Sara Məsumi

“Etemad” (İran)

 

Birgə Komissiyanın on birinci yığıncağı bu gün ən mühüm ana gəlib çatıb. Reks Tillersonun dövlət katibi vəzifəsindən istefaya göndərilməsi sonrası “5+1” çərçivəsində İran, ABŞ və Avropa üçlüyü arasında ilk görüşdə məqsəd Birgə Fəaliyyət Planı (JPAO) ilə bağlı prezident Donald Tramp üçün ilkin şərtlərinin öyrənilməsi məqsədi daşıyır. Ola bilsin ki, sazişin iştirakçısı olan ABŞ-ın nümayəndəsi bu toplantıya sonuncu dəfə qatılır.

İran və Birləşmiş Ştatlar arasında son iki ildə yaşanan gərginlik heç vaxt asan həll edilən olmayıb. Hətta Barak Obama dövründə Tehran Vaşinqtonun irəli sürdüyü öhdəlik şərtlərinə etirazlar bildirib.

Tehran iddia edir ki, nüvə sazişinin həyata keçirilməsi ilə bağlı təkcə ABŞ-dan gələn xəbərlər deyil, həm də Donald Tramp administrasiyasının şərhləri, əlavə şərtlər və İran əleyhinə mənfi və qərəzli atmosfer nüvə sazişindən gələn iqtisadi mənfəətdən tam mənada faydalanmaq imkanı verməyib.

5+1 üzvlərinin Vyanada toplaşmasından xeyli vaxt keçib. Bu dəfə, hazırda Birləşmiş Ştatların diplomatiyası Reks Tillersonun istefaya göndərilməsi ilə şokdadır və ABŞ Dövlət Departamentinin yeni rəhbəri Mayk Pompeo hələ ötən il Senatda MKİ direktoru kimi təsdiqlənərkən, öz açıqlamaları ilə hər kəsi çaş-baş qoyub.

Aşkar şəkildə görünür ki, Barak Obamanın əldə etdiyi sazişə dözülməz münasibət var.

Avropalı səlahiyyətlilər Reks Tillersonla iki raund danışıqlar aparıb. Martın 16-da Dövlət Departamentinin sabiq rəhbəri Vyanada Fransa, Böyük Britaniya və Almaniyadan olan vəzifədaşları ilə danışıqların üçüncü raundunu keçirməyi planlaşdırırdı. Bu məqamda Tramp bir “twit”-lə onun istefaya göndərdiyini açıqlayıb.

Onsuz da buna qədər Trampın gözlənilməz davranışından əziyyət çox idi, amma indi Tillersonun gedişi ilə ABŞ prezidentinin addımlarının öncəgörmə daha da mürəkkəbləşir.

Başda Avropanın Xarici Siyasət Komissiyasının təmsilçisi Helqa Şmidt olmaqla, avropalı nümayəndələr iranlı vəzifədaşları ilə görüşmək üçün Vyanaya yollanıb (Bu arada, qeyd edək ki, İranın Avropa İttifaqı ilə yetərincə müşkülləri var). Tehranın nümayəndəsi Seyyid Abbas Əraqçi səfərə yollanmasından bir neçə saat əvvəl xəbərdarlıq edib ki, Birləşmiş Ştatların JPAO-dan çıxdığı halda, İran da sazişdə iştirakdan boyun qaçıracaq.

Əgər Aİ əvvəllər İranın ABŞ-sız keçinə bilməyəcəyini düşünürdüsə, bu, ikiüzlülük idi. Avropalı analitiklərin bir çoxu bu bədbin düşüncədədir ki, Tillersonun administrasiyadan qovulması Tramp hökumətindəki anti-İran xadimlərin güclənməsi və Vaşinqtonun JPAO-dan çıxması mənası verir və belə olduqda, Avropa təhlükəli oyuna düşmüş olur.

Köhnə Qitədən olan nümayəndələrlə görüşlərindən sonra Əraqçi Rusiya və Çinlə ikitərəfli müzakirələr aparılıb, əsas toplantıdan sonra isə amerikalı nümayəndələrlə məsləhətləşmələr olub.

Birgə Komissiyanın əvvəlki on yığıncağında masa ətrafında toplaşanlar ABŞ hökumətinin öhdəliklərə sadiqlik səviyyəsini müzakirə edib. Əraqçi hətta öz amerikalı vəzifədaşı Brayan Hukla təmasda olub. Huk nüvə sazişi üzrə danışıqlar prosesində birbaşa iştirak etməyib və təbii ki, sazişi sabiq prezidentin beynəlxalq diplomatiyadakı uğuru kimi dəyərləndirmir.

Avropaya gəlincə, son iki ildə o, Tehranla Vaşinqton arasında kövrək tarazlığı saxlama çalışıb. Bu müstəvidə üç Avropa dövləti israr edib ki, İrana qarşı irəli sürülən iradlarla bağlı tərəqqi kəmiyyət və keyfiyyət baxımından əldə edilməlidir. Amma Donald Tramp JPAO sazişində iştiraka ikibaşlı məna verməklə, beynəlxalq səhnədə siyasi və iqtisadi qeyri-müəyyənliyi saxlayıb.

Vyanadakı bəzi məlumatlı mənbələr danışıqlar başlamazdan bu ümidi ifadə ediblər ki, ABŞ-ın yeni administrasiyasının təmsilçiləri Trampın JPAO sazişi ilə əlaqədar gözləntilərini aydın şəkildə izhar edəcəklər. Amma məlumdur ki, qısa müddətdə Birləşmiş Ştatlar İsrail və Səudiyyənin kəşfiyyat məlumatları, yaxud ABŞ-ın BMT-dəki təmsilçisinin ballistik raket sınaqları və regional münaqişələr hesabına təbliğati oyunları əsasında dəfələrlə İran əleyhinə mühit formalaşdırmağa cəhd göstərib. Amma bu səylərin hamısı boşa çıxıb.

Belə bir şəraitdə Trampın yeni şərtləri Tehranı ballistik raket sınaqlarından və regional hərəkətlərdən çəkindirmə ehtiva edir. Halbuki Həsən Ruhani hökumətinin “5+1” çərçivəsində apardığı danışıqlar əvvəldən yalnız nüvə tədqiqatlarını nəzərdə tuturdu.

Martın 16-da Birgə Komissiyanın növbəti yığıncağının başlaması ilə, Qərb KİV-lərində çıxış edən analitiklər iddia edir ki, son iki ildə Tehranla siyasi və iqtisadi əlaqələri gücləndirmiş Avropanın İranla nüvə sazişini xilas edilməsi üçün vaxtı tükənir…

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 317          Tarix: 17-03-2018, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma