Xəbər lenti

Ermənistan paytaxtı İrəvanda minlərlə əhali parlament seçkilərində Serj Sərkisyanın baş nazir postuna namizədliyinə qarşı etiraz aksiyası keçirib.

Erməni radiosunun verdiyi məlumata görə, aksiya iştirakçıları 10 illik prezidentliyi dövründə Serj Sərkisyanın səriştəsizliyini tənqid edərək bildiriblər ki, bu müddətdə Ermənistanda heç bir inkişaf olmayıb və bu ölkə iqtisadiyyatı iflasa uğrayıb. Bu müddətdə Ermənistan əhalisindən 400 min nəfər ölkəni tərk etmək məcburiyyətində qalıb. Yoxsulluq göstəricisi 2 faiz, ölkənin xarici borcları isə 5 milyard dollar həcmində artıb və 2016-cı il aprel döyüşlərində erməni silahlı qüvvələrinin işğalı altında olan ərazilərdən 800 hektarı itirilib. 

Ermənistan prezidenti Serj Sərkisyanın prezidentliyinin qanuni müddəti aprelin 9-da sona çatır və yeni baş nazir 17 apreldə parlamentdə keçiriləcək səsvermədə seçiləcək. 

 




Ana səhifəyə qayıt        Baxış: 573          Tarix: 26-03-2018, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma