Xəbər lenti

"Türkiyənin Suriyanın Tel-Rıfat bölgəsinə daxil olmaq üçün Rusiya ilə anlaşmasından xəbərimiz yoxdur". 

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

O, belə bir anlaşama haqqında məlumata sahib olmadıqlarını bildirib. Lakin əlavə edib ki, Suriya suriyalılarındır: "Bəli, Suriya suriyalılarındır və Rusiyaya aid olmamalıdır. Rusiya lideri Vladimir Putinin Suriyada istər hava və quru qoşun bazaları, istər dəniz bazası olsun, biz onun bəzi məsələlərdə özünə məxsus planlarının olduğunu bilirik. Hətta onun bölgədə ərazi qazanmaq və onu əllərində saxlamaq kimi bir çox arzu və maraqlarından da xəbərdarıq. Ancaq biz Suriyaya nəzarətin suriyalılarda olmasını arzulayırıq"/Mia.az

 




Ana səhifəyə qayıt        Baxış: 477          Tarix: 28-03-2018, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma