Xəbər lenti

Türkiyənin Atom enerjisi üzrə agentliyi “Rosatom” dövlət korporasiyasına “Akkuyu” AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunub ki, “Rosatom”un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib. Məlumata əsasən, Akkuyu” Atom Elektrik Stansiyasının təməl qoyma mərasimi aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, Layihənin ümumi dəyəri 20 milyard dollardır.

 




Ana səhifəyə qayıt        Baxış: 668          Tarix: 3-04-2018, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma