Xəbər lenti

BMT-nin Mərkəzi Afrika Respublikasındakı mavi dəbilqəlilərinə hücum edilib.

"RİA Novosti" xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə missiyası məlumat yayıb.

Məlumata görə, hücum zamanı 1 sülhməramlı həlak olub, daha 11 nəfər yaralanıb. Missiyanın xəbərində bildirilir ki, hücum Uaka dairəsində, Taqbara kəndi ərazisində, "Anti Balak" silahlı dəstəsi tərəfindən baş verib.

Hücum zamanı 22 silahlı öldürülüb.

BMT-nin yaralı hərbçiləri xəstəxanaya çatdırılıb/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 4-04-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma