Xəbər lenti

İqlim dəyişikliyi Yer üçün ən böyük təhdidlərdən biridir.

Bunu Asiya İqtisadi Forumunda çıxışı zamanı BMT Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi mövcud olan qlobal problemlərin hamısının miqyasının artmasına yardım edəcək:

“İnsanlıq bütün səylərimizin nəticələrini məhv edəcək problemlə üz-üzədir. İqlim dəyişikliyi qlobal təhdiddir. O, yoxsulluğun artması, humanitar böhran, konfliktlər və toqquşmalara səbəb ola bilər. 2015-ci ildə Paris İqlim Sazişi imzalansa da, onun reallaşması çox zəif gedir. Mən əvvəlki kimi karbohidrogen enerji resurslarına investisiyalar və subsidiyaları görürəm. Biz artıq öz qəbrimizi qazırıq”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 730          Tarix: 10-04-2018, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma