Xəbər lenti

“Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinin Bəşşar Əsəd hakimiyyətinə təhvil verilməsi ilə bağlı fikirlərinə münasibət bildirən R.T.Ərdoğan vurğulayıb ki, bu çox yanlış yanaşmadır: “Biz hazırda Afrini kimə geri verəcəyimiz çox yaxşı bilirik”.

Qeyd edək ki, aprelin 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Afrini Suriya hakimiyyətinə təhvil verməlidir/Report.

Onu da xatırladaq ki, bu gün Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ da Lvrovun açıqlamsına reaksiya verib.

O deyib ki, “Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır”.

 




Ana səhifəyə qayıt        Baxış: 699          Tarix: 10-04-2018, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma