Xəbər lenti

Yerevanda etiraz aksiyası keçirən mitinqçilər paytaxtın mərkəzi küçələrini bağlayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, etirazçılar Tumanyan-Abovyan küçələrinin yolayrıcını bağlayıblar. Bundan sonra isə “Respublika” meydanını bağlamağa cəhd göstərərək, “Şimal” prospekti istiqamətində hərəkət ediblər.

Hazırda aksiyaçılar Maştoç və Amiryan küçələrinin yolayrıcını bağlayıblar.

Aksiyaçıların hərəkəti zamanı sürücülərlə mitinqçilər arasında kiçik toqquşmalar olub. Lakin ciddi qarşıdurma baş verməyib.

“Vətəndaş razılığı” partiyasının lideri Nikol Paşinyanın sözlərinə görə, onlar bu prosesə nəzarət edə bilmirlər. İnsanlar qeyri-ixtiyari hərəkət edirlər.

Qeyd edək ki, aksiyaçıların hərkətlərini əks etdirən videogörüntülər elektron mətbuata yerləşdirilsə də, sonradan onlardan bəziləri silinib.

Ermənistanda etirazçılar keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz əlaməti olaraq aksiya keçirirlər/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 17-04-2018, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma