Xəbər lenti

“Rusiya Serj Sərkisyana qarşı Ermənistanda keçirilən etirazlara şəxsi hərbi bazada qiyam kimi baxır və vəziyyətin Ukrayna ssenarisi üzrə getməməsi üçün plan hazırlayır”.

Bu haqda ekspert, beynəlxalq hüquq mütəxəssisi Ruslan Osipenko Oboz TV-nin efirində İrəvandakı kütləvi aksiyaları şərh edərkən bildirib.

“Ermənistan Rusiya üçün Qafqazda çox əhəmiyyətli dayaq nöqtəsidir. Orada Rusiyanın hərbi bazası yerləşir və sərhədlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə qorunur. Rusiya beynəlxalq münasibətlərdə Ermənistandan İran, Türkiyə və Azərbaycan kimi ölkələrə qarşı alət kimi istifadə edir”, – Osipenko deyib.

Ekspert əmindir ki, Rusiya Ermənistanda mənfi ssenarinin inkişaf etməsinə imkan verməyəcək:

“Moskva İrəvanı sadəcə, itirmək istəmir. Bu mənafe konfliktidir. Pis ssenari üzrə qarşıdurma Ermənistan ərazinin bir hissəsinin itirilməsi və ya ölkəni hissələrə bölünməsi ilə nəticələnə bilər. Amma Rusiya Ermənistan üçün çox möhkəm dayaqdır. O, Qafqazda geosiyasi müttəfiqini asanlıqla verməyəcək”.

Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti Ukraynada olduğu kimi, etirazçıların güllələnməsi əmrini verməyəcək.

“Düşünürəm ki, orada Rusiyanın xüsusi xidmət orqanlarının müdaxiləsi olacaq və hansısa bir sakitləşdirici addımlar atılacaq. Mümkündür ki, Serj Sərkisyanı əvəz edəcəklər, yaxud da vaxt udmaq və özü üçün münasib modeli tapmaq üçün danışıq prosesinə daxil olacaqlar. Amma Rusiya Ermənistanın özündən uzaqlaşmasına və müstəqil xarici siyasəti həyata keçirməsinə imkan verməyəcək, çünki o çox əhəmiyyətlidir”, – Osipenko yekunlaşdırıb/Publika.az.

 




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 20-04-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma