Xəbər lenti

Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 62-ə çatıb.

Trend-in “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan deyib:

 

“Hazırda Yerevanın polis bölmələrində 62 nəfər saxlanılır”.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 727          Tarix: 21-04-2018, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma