Xəbər lenti

“ABŞ Suriyadan çıxmağa hazırlaşmır”.

Bunu Şanxay Əməkdaşlıq Təşkilatının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, buna əsas sübutun Vaşinqtonun bəyanatları olduğunu bildirib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu isə ABŞ-ın Suriyada əsas hədəfinin bu ölkədə və regionda təsirini artırmaq olduğunu deyib:

“ABŞ öz məqsədləri üçün beynəlxalq terrorizm və ekstremizmdən yararlanır. Misal kimi İraq və Suriyanı göstərirəm. Uzun müddət ərzində ABŞ-ın rəhbərlik etdiyi və tərkibində 30-dan çox güclü dövlətin yer aldığı böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində İŞİD zəbt etdiyi ərazilərini genişləndirib. Görünür, hədəf başqa idi”.

Axar.az

 




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 24-04-2018, 13:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma