Xəbər lenti

Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.

Trend-in məlumatına görə, K.Karapetyan qeyd edib: “Biz növbədənkənar seçkilərin keçirilməsini təklif edirik. Əgər xalq Nikol Paşinyanı (etiraz aksiyalarının lideri) seçsə, o da olacaq. Xalqın namizədi seçkilərdə seçilir”.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 25-04-2018, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma