Xəbər lenti

Ermənistanın hakim Respublika Partiyası ilkin şərtlərsiz daxili siyasət böhranının həlli üçün bütün tərəflərlə istənilən məsələni müzakirə etməyə hazırdır.

Bu haqda partiyanın mətbuat xidməti bildirib.

Partiyada liderin dəyişdirilməsi haqqında məsələnin müzakirəsinə başlanması haqqında razılaşma əldə edilib.

Xatırladaq ki, Dünən sabiq prezident və keçmiş baş naziri və 1999-cu ildən partiyaya rəhbərlik edən Serj Sarkisyan partiyanın parlament fraksiyasına müraciət edib.

“Ermənistanın Respublika Partiyasının yeni sədrinin seçilməsi haqqında müzakirələrin başlanması haqqında razılaşma əldə olunub”,– aprelin 25-də Serj Sarkisyan və baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyanla Respublika Partiyasının parlament fraksiyasının görüşünün nəticəsinə görə dərc edilmiş bəyanatda deyilir/Publika.az.

 




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 26-04-2018, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma