Xəbər lenti

"Rusiya tərəfi Türkiyəyə diplomatik pasport sahibləri və TIR sürücüləri üçün vizasız rejimin qismən tətbiq olunmasını təklif edib."

"Report" xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov Rusiya, İran və Türkiyə XİN başçılarının üçtərəfli görüşünün yekunları üzrə keçirilən brifinqdə bildirib.

O deyib ki, viza rejiminin daha da sadələşdirilməsi məsələləri nazirlərin hər görüşündə müzakirə edilir: "Prezidentlər də bu barədə danışıblar. Türkiyə tərəfinin reaksiyasını gözləyəcəyik."

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə viza rejiminin tam aradan qaldırılmasını istəyir.

"Biz istəyirik ki, Rusiya vətəndaşları Türkiyəyə daxili pasportla gəlsinlər. Burada xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti lazımdır", - türkiyəli nazir vurğulayıb.

O, həmçinin ölkələr arasında ticarət-iqtisadi münasibətlərin müsbət dinamikasını qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 443          Tarix: 28-04-2018, 17:19      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent