Xəbər lenti

Türkiyə NATO üçün açar rolunu oynayır və bu ölkənin önəmini müəyyən etmək üçün xəritəyə baxmaq yetərlidir.

AZƏRTAC  TRT HABER televiziya kanalına istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq türkiyəli jurnalistlərlə görüşündə söyləyib.

Baş katib diqqətə çatdırıb ki, NATO-nun bütün üzvləri Türkiyənin alyans üçün önəminin fərqindədirlər. Çünki hamı bunu görür. “Türkiyə çox dəyərli müttəfiqdir və birgə müdafiəmiz üçün əhəmiyyətli tərəfdir, xüsusilə də terrorizmlə mübarizədə. Türkiyə İŞİD-in məhv edilməsində beynəlxalq koalisiya qüvvələri üçün böyük gücə və imkanlara malikdir. Bunun üçün Türkiyəyə minnətdarıq”, – deyə baş katib vurğulayıb.

Suriya ərazisində aparılan “Zeytun budağı” antiterror əməliyyatını dəyərləndirən NATO-nun baş katibi bildirib ki, Türkiyə terrordan ən çox əziyyət çəkən ölkədir və öz təhlükəsizliyini təmin etməyə haqqı var.

 




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 30-04-2018, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma