Xəbər lenti

Yaponiyanın Baş naziri Şinzo Abe özünün Yaxın Şərq səfərini İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirələrlə yekunlaşdırıb.

Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Baş nazirlərin görüşündə qarşılıqlı əməkdaşlıq məsələləri ilə yanaşı, İsrail-Fələstin dialoqu da müzakirə edilib.

Məlumatda qeyd edilir ki, iki ölkənin liderləri İsrail ilə Fələstin muxtariyyəti arasında dialoqun regionda sülhün mövcudluğu üçün əsas şərt olduğunu təsdiq ediblər. Ş.Abe B.Netanyahuya deyib ki, İsrail-Fələstin münaqişəsinin həlli üçün Yaponiya “iki xalq üçün iki dövlət” prinsipini dəstəkləyir və bu, İsrailin və gələcək Fələstin dövlətinin mövcudluğunu nəzərdə tutur.

Ş.Abe qeyd edib ki, sülh prosesində ABŞ həyati əhəmiyyətə malik rol oynamalıdır.

Yaponiyanın Baş naziri İsraili Fələstin ərazilərində yeni tikintilər aparmaqdan çəkinməyə çağırıb.

Danışıqlar zamanı liderlər, həmçinin təsdiq ediblər ki, onların ölkələri İsrailin şəksiz lider olduğu kiber təhlükəsizlik məsələlərində də əməkdaşlığı genişləndirməlidirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 682          Tarix: 3-05-2018, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma