Xəbər lenti

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində icazəsiz keçirilən etiraz aksiyasında polis Aleksey Navalnını saxlayıb.

Bu barədə “Report” “Qazeta.ru”ya istinadən xəbər verir.

Saat 15:00-da Moskvada Puşkin meydanında razılaşdırılmamış aksiya başlayıb. A.Navalnı da aksiyaya qatılıb, ancaq tezliklə polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşları meqafonlar vasitəsilə aksiyanın qeyri-qanuni olduğuna dair xəbərdarlıq edir və toplaşanların dağılışmasını tələb edirlər. Polisin bir neçə nəfəri saxladığı da bildirilir.

Qeyd edək ki, bu gün Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları tərəfindən icazəsiz mitinqlər keçirilir.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı kimi təntənəli andiçmə mərasimi olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 5-05-2018, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma