Xəbər lenti

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauertin Suriyanın Afrin bölgəsində yerli əhalinin geri dönməsinə mane olan səbəblər barədə fikirlərinə etiraz edib.

Nazirliyin sözçüsü Hami Aksoy bildirib ki, yerli suriyalıların geri dönməsinə əngəl yaradan PYD/YPG terror təşkilatıdır. Türkiyə Afrindəki vəziyyətin sabitləşdirilməsi və yerli əhalinin təhlükəsiz şəraitdə öz yurd-yuvasına dönməsi üçün bütün imkanlardan istifadə edir. Suriyanın şimal bölgəsində ən çox narahatlıq doğuran məsələ Türkiyənin müttəfiqlərinin PKK/PYD/YPG terror təşkilatları ilə əməkdaşlıq etməsidir. Türkiyə mülki əhaliyə zərər vurmadan həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı ilə öz humanistliyini və xoş niyyətini göstərdi. Eləcə də Türkiyə Birləşmiş Millətlər Təşkilatının Afrin bölgəsinə göndərdiyi humanitar yardımların yerli əhaliyə çatdırılması üçün lazım olan köməyi edib(azərtac).

 




Ana səhifəyə qayıt        Baxış: 614          Tarix: 5-05-2018, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma