Xəbər lenti

“ABŞ-ın İranla əldə edilmiş nüvə anlaşmasından imtina etməsi etibadsızlıq və yeni qarşıdurmalar yaradacaq”.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın dövlət başçısı Donald Trampın ölkəsinin İranla əldə edilmiş nüvə anlaşmasından çıxması barədə qərarına münasibət bildirərkən qeyd edib.

“İranla bağlanmış çoxtərəfli anlaşma digər ölkələrlə davam etdiriləcək. Türkiyə hər cür nüvə silahı istehsalına qarşı mövqeyini bundan sonra da müdafiə edəcək”, – deyə İ.Kalın bildirib/Teleqraf.com.

 




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 9-05-2018, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma