Xəbər lenti

Özbəkistan Prezidenti Şövkət Mirziyayev ABŞ-a səfər edib.

Bu barədə informasiyanı UzA agentliyi yayıb.

Onun ABŞ-da Donald Trampla görüşəcəyi vurğulanıb.

Qeyd edək ki, Mirziyayevin səfəri zamanı ABŞ-la Özbəkistan arasında 40 sənədin imzalanması nəzərdə tutulub. Razılaşmaların ümumi dəyərinin 8,5 milyard dollar olacağı bildirilib.

Bundan öncə Qazaxıstan lideri Nursultan Nazarbayev də ABŞ-a səfər edərək Donald Trampla görüşmüş və çoxsaylı müqavilələr imzalamışdı/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 511          Tarix: 15-05-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma