Xəbər lenti
20-10-2018, 21:53

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib.

Azərtac “YONHAP” agentliyinə istinadla xəbər verir ki, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə birgə keçirdiyi “Max Thunder” hərbi təlimlər olub.

İki ölkənin sərhəddinə yaxın Panmunjom qəsəbəsində keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

Keçirilən hərbi təlimlərin işğalçılıq niyyəti güddüyünü bildirən Pxenyan onları Koreyalararası əlaqələrin yaxşılaşdığı vaxtda təxribat adlandırıb və ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

Qeyd edək ki, ABŞ-ın “Max Thunder” təlimləri Cənubi Koreyada aprelin 15-dən keçirilir. Təlimlərə 2000-dək ABŞ və Cənubi Koreya hərbçiləri qatılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 119          Tarix: 16-05-2018, 11:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent