Xəbər lenti

Mayın 16-da – ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin Baş naziri Binyamin Netanyahu və Qvatemala Prezidenti Cimmi Morales iştirak ediblər. Mərasim zamanı Netanyahu Qvatemalanın 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu qeyd edib.

Xatırladaq ki, mayın 14-də Qüdsdə ABŞ-ın yeni səfirliyinin açılış mərasimi keçirilib. Mərasimin vaxtı işğal olunmuş Fələstin torpaqlarında İsrail dövlətinin qurulmasının ildönümü gününə salınıb. Həmin gün Qəzza sektorunun sərhədi boyu fələstinlilərin miqyaslı etiraz aksiyaları başlayıb. İsrail ordusunun etirazçılara atəş açması nəticəsində 60 nəfərdən çox fələstinli həlak olub, 2 minədək insan yaralanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 65          Tarix: 16-05-2018, 16:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə