Xəbər lenti

Kubada baş verən təyyarə qəzasının bəzi detalları məlum olub.

APA-nın məlumatına görə, bu barədə “Cuba TV” xəbər verib.

Bildirilir ki,  Havana yaxınlığında qəzaya uğrayan təyyarə naməlum səbəbdən hava limanına qayıtmaq üçün geri dönərkən elektrik naqillərinə çırpılıb. Daha sonra yerə düşən layner alışıb.

 Qeyd edək ki, Havana-Olqin marşrutu üzrə uçan layner ötən axşam  qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olanlardan 107 nəfər ölüb. Ölən sərnişinlərin hamısının Kuba, ekipaj üzvlərinin isə Meksika vətəndaşları olduğu məlum olub.
Qəza nəticəsində sağ qalan 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 529          Tarix: 19-05-2018, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma