Xəbər lenti

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) açıq bazarda əməliyyatlar üzrə komitəsinin bu gün başa çatan iclasında baza faiz dərəcəsi barədə qərar elan ediləcək. AZƏRTAC beynəlxalq ekspertlərə istinadla xəbər verir ki, illik faiz dərəcəsinin bir addım, yəni 0,25 faiz bəndi qədər artırılaraq 1,75-2 faizə çatdırılacağı gözlənilir.

Komitənin növbəti iclası iyunun 12-də başlanıb. İclasın yekunları iyunun 13-də axşam elan ediləcək. Gözlənildiyinə görə, iclasdan sonra bu tənzimləyicinin rəhbəri Cerom Pauellin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

FES illik faiz dərəcələrini axırıncı dəfə mart iclasının yekunlarına əsasən artırıb. O vaxt faiz dərəcəsi 0,25 faiz bəndi qədər artırılaraq 1,5-1,75 faizə çatdırılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 584          Tarix: 13-06-2018, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma