Xəbər lenti

Türkiyə ordusu bu gün İraqın şimalında yerləşən Qəndil bölgəsnə növbəti dəfə hava zərbələri endirib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyat zamanı bölgədə PKK-ya məxsus olan daha 12 strateji əhəmiyyətli hədəf məhv edilib: “Hava zərbələr nəticəsində PKK-nın sığınacaq və müdafiə səngərləri yerlə-bir edilib”.

Qeyd edək ki, dünən də Türkiyə hava qüvvələri Qandil istiqamətində əməliyyat keçirib və nəticədə 26 terrorçu zərərsizləşdirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 16-06-2018, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma