Xəbər lenti

Pentaqon ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya zərbə endirdirməsi barədə xəbəri təkzib edib.

Trend-in məlumatına görə, bu barədə “RİA Novosti”yə Pentaqonun nümayəndəsi Edrian Rankayn-Qallouey bildirib. Pentaqonun nümayəndəsi deyib: “Bu ABŞ-ın və ya koalisiyanın zərbəsi deyil”.

Qeyd edək ki, daha əvvəl Suriyanın “Sana” dövlət informasiya agentliyi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Əbu-Kemal şəhərində Suriya ordusunun mövqeyinə hava zərbələri endirdiyi barədə məlumat yaymışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 18-06-2018, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma