Xəbər lenti

KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampa Sohe raket mühərriklərinin sınağı üzrə poliqonu məhv edəcəyinə dair söz verib.

“Report” xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen In belə vədi iyulun 12-də Sinqapurda Trampla keçirilən görüşün yekununda verib.

Mənbənin bildirdiyinə əsasən, Pxenyan Sohedəki poliqondan uzun məsafəli ballistik raketlər üçün mayeli mühərriklərin sınağını aparmaq məqsədi ilə istifadə edib.

Eyni zamanda, Pxenyan ictimai şəkildə poliqonlarını məhv etmək niyyətini təsdiqləməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 309          Tarix: 21-06-2018, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma