Xəbər lenti

ABŞ Cənubi Koreya ilə yaxın üç aya planlaşdırılan iki hərbi təlim proqramını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.

“Sinqapurda əldə olunan yüksək səviyyəli razılaşmaların icrasına dəstək məqsədi ilə və müttəfiqimiz – Koreya Respublikasıkoordinasiya çərçivəsində müdafiə naziri Ceyms Mettis müəyyən olunmayan müddətə bəzi təlimləri dayandırıb”, – deyə Pentaqonun mətbuat katibi Dana Uaytın bəyanatında bildirilir.

Qeyd edək ki, söhbət yaxın üç aya planlaşdırılan “Azadlıq müdafiəçiləri” və hərbi-dəniz mübadiləsi proqramları haqqında gedir.

 




Ana səhifəyə qayıt        Baxış: 514          Tarix: 23-06-2018, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma