Xəbər lenti

Avropa Birliyinin 9 ölkəsi çevik reaksiya qüvvələrinin yaradılması barədə razılaşma imzalamağa hazırlaşır.

Sənədi iyunun 25-də Lüksemburqda Fransa, Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Niderland,İspaniya, Portuqaliya və Estoniyanın müdafiə nazirləri imzalamalıdırlar.

İtaliya da ilk olaraq bu layihəni dəstəkləsə də, yeni hökumət bundan imtina etdi.

Fransa prezidenti Emmanuel Makron ötən ilin sentyabrında belə bir hərbi qüvvə yaradılmasını təklif eləmişdi. Makron hesab edir ki, ümumi qüvvədən təbii fəlakətlər də daxil olmaqla, dünyadakı kəskin böhranların həllində istifadə etmək olar.

NATO-nun baş katibi Yens Stoltenberq  toplantıda iştirak edir. (Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 25-06-2018, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma