Xəbər lenti

Türkmənistanda ölkədən xaricə çıxmaq üçün yaş həddi 40-a qaldırılıb.

Bu barədə iyunun 28-də Azadlıq Radiosunun türkmən xidməti məlumat yayıb. Saparmurad Türkmənbaşı,Yilanlı və Goroğlu rayonlarının sakinləri deyirlər ki, turist vizası almaq üçün miqrasiya xidmətinə müraciət etsələr də rədd cavabı alıblar. Onların sözlərinə görə, yuxarılardan gələn göstərişə əsasən xaricə getmək üçün yaş həddi 40-a qaldırılıb.

Bunun nəyə görə edilməsi ilə bağlı suala gəldikdə isə məmurlar deyiblər ki, vilayətdə artıq əmək qabiliyyətli adam qalmayıb.

Bunu Azadlıq Radiosunun türkmən xidmətinə Saparmurad Türkmənbaşı rayonunun özünü Şadurdıyev kimi təqdim edən 36 yaşlı sakini deyib. Amma radio yeni məhdudiyyət barədə Miqrasiya xidmətindən heç bir şərh ala bilməyib. AzadlıqRadiosu hələ bu il aprelin ortalarında məlumat vermişdi ki, hakimiyyət yaşı 30-a çatmayan gəncləri ölkədən xaricə buraxmamamağa hazırlaşır.

Türkmənistan hakimiyyəti bu məhdudiyyət barədə hələ ki, rəsmi açıqlama verməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 28-06-2018, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma