Xəbər lenti

Avstriyanın Xarici İşlər Nazirliyi Parisdə İran müxalifətinə qarşı terror törətməyi planlaşdırmaqda şübhəli bilinən iranlı diplomatı ölkədən deportasiya etməyə hazırlaşır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlik diplomatın həbsinə dair Avropa İttifaqının orderi də verilib. Bununla əlaqədar İranın səfiri Avstriyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ondan səfirliyin əməkdaşının diplomatik toxunulmazlığının ləğv edilməsi tələb olunub.

Məlumata əsasən, iyunun 30-da Fransanın hüquq mühafizə orqanları Parisin İl-de-Frans regionunda İrandakı hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatının nümayəndələrinin görüşdüyü yerə hücum etməyi planlaşdıran üç şübhəlini tutub. Həmin gün Belçikada İran əsilli iki nəfər hücum etməyi planlaşdırmaqda şübhəli bilindikləri üçün həbs olunublar.

İran XİN isə bunları təkzib edib.

 




Ana səhifəyə qayıt        Baxış: 270          Tarix: 3-07-2018, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma