Xəbər lenti

ABŞ Mərkzi Qüvvələrinin (CENTCOM) komandanı, general Josef Votel Mənbiçdə Yol xəritəsi çərçivəsində Türkiyə ilə ABŞ-ın cəbhə xəttində yaxın vaxtlarda birgə hərbi təlimlərə başlayacaqlarını bildirib.

Votel Mənbiçdə Türkiyə ilə birlikdə koordinasiyalı, amma müstəqil şəkildə əməliyyatlar apardıqlarını qeyd edib.

Komandan Putin və Tramp arasında Helsinkidə keçirilən görüşdə müzakirə olunan Suriya böhranı ilə bağlı ona heç bir yeni təlimat göndərilmədiyini diqqətə çatdırıb.

Votel qeyd edib ki, Suriyada ABŞ hərbçiləri Rusiya hərbçilərilə peşəkar şəkildə əlaqələr qursalar da, birgə əməliyyatların keçirilməsi üçün Konqresin qərarı olmadığından, bu, baş tutmur.

CENTCOM rəhbəri ABŞ-ın Suriyadakı mövcudluğunun İrana görə olmadığını və əsas məqsədin İŞİD-ə qarşı mübarizə olduğunu bildirib/Teleqraf.com.

 




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 20-07-2018, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma