Xəbər lenti

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini bu ilin payızında Vaşinqtona səfər etməyə dəvət edib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün “Twitter” hesabında yazıb.

“Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, – deyə S.Sanders yazıb/APA.

 




Ana səhifəyə qayıt        Baxış: 474          Tarix: 20-07-2018, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma