Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşiniyan iki gün əvvəl Şirak vilayətinin Panik kəndində baş vermiş insidentin qeyri-məqbul olduğunu bəyan edib.

Azadlıq Radiosunun erməni xidməti – Azatutyun xəbər verir ki, baş nazir iyulun 19-da keçirilmiş hökumət müşavirəsi zamanı deyib: “Mən bunu Ermənistan və Rusiya arasındakı dost münasibətlərə və Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”.

O bildirib ki, bu insident üçün cavabdeh olanlar aşkarlanmalı və məsuliyyətə cəlb edilməlidirlər.

Paşiniyan bundan sonra təfərrüatlara varıb: “Əlbəttə başa düşmək lazımdır ki, bu insidentlə bağlı təhqiqat hansı prosedurlar üzrə aparılmalıdır, çünki müqavilələrin Ermənistanın daxili qanunvericiliyi ilə münasibəti aydınlaşdırılmalıdır. Bütün hallarda mən bilirəm ki, polis bu barədə materialları hazırlayır…”

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanesyan jurnalistlərlə söhbəti zamanı deyib ki, Rusiya tərəfi belə insidentlərin bir daha olmayacağına dair vəd verib. Jurnalistlər deyiblər ki, “adamlar bu insidentdə siyasi məna, daha doğrusu erməni tərəfinin qorxudulmasına cəhd görürlər”.

Vanesyan bunun “əsla belə olmadığını” bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 847          Tarix: 20-07-2018, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma