Xəbər lenti

Amerika tərəfi KXDR lideri Kim Çen Inın ABŞ prezidenti Donald Trampa ünvanladığı məktuba cavab verib.

“Reuters” xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.

“Biz sədr (KXDR lideri-red) Kimin prezidentə (Trampa-red) məktubuna cavab verdik. O tezliklə çatdırılacaq”, – deyə Sanders bildirib.

Onun sözlərinə görə, məktub Sinqapurdaki sammitdə liderlərin üzərinə götürdükləri öhdəliklərə dair birgə bəyanata həsr olunub.

Sara Sanders həmçinin qeyd edib ki, Amerika prezidentinin Kim Çen Inla görüşü barədə bəyanatına baxmayaraq, hazırda iki liderin qrafikində belə bir görüş yoxdur/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 470          Tarix: 3-08-2018, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma