Xəbər lenti

Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə keçirilən etiraz aksiyasının dağıdılmasına dair iş üzrə ifadə verməkdən imtina edib.

“RİA Novosti” xəbər verir ki, bunu cümə günü Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib.

“Cənab Koçaryan ifadə verməkdən imtina edib, digər istintaq hərəkətlərində iştirak etməyib və istintaq hərəkətlərinin aparıldığı otağı tərk edib”, – deyə Xaçatryan yerli İctimai televiziyanın efirində bildirib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 558          Tarix: 4-08-2018, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma