Xəbər lenti

“ABŞ aktivlərinə sərmayələrimizi əhəmiyyətli dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dollar yerinə də daha çox avro və Çin yuanından istifadə edəcəyik”.

Bu sözləri Rusiyanın maliyyə naziri Antuan Sliuanov deyib: “ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli vasitə olmağa başlayıb. Yanacaq ticarətində də milli valyutaya keçməyi dəyərləndiririk. ABŞ-ın sanksiyaları amerikalılara geri qayıdacaq”.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin, Rusiya, İran, Ukraynayla ticarəti milli valyuta ilə aparmağı planlaşdırdıqlarını demişdi. (qafqazinfo.az)

 




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 13-08-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma