Xəbər lenti

Avropa Parlamentinin Avstriyadan olan üzvü, “Yaşıllar – Azad Avropa Alyansı” fraksiyasının deputatı Mişel Reymon ölkənin xarici işlər naziri Karin Knaysslı Rusiya prezidenti Vladimir Putini toyuna dəvət etdiyinə görə istefa verməyə çağırıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə M.Reymon özünün “Twitter” səhifəsində yazıb.

O hesab edir ki, Avstriyanın koalisiya hökuməti Avropa İttifaqında Rusiya rejiminə uzadılmış əl kimi qəbul edildiyindən Rusiya prezidentinin Avstriyanın yüksək çinli məmurunun toyuna dəvət edilməsi xarici siyasətdə ölkənin imicinə zərər vura bilər: “Xarici işlər naziri Karin Knayssl buna görə məsuliyyət daşıyır və Avstriyaya vurulan zərərin qarşısının alınması üçün dərhal istefaya getməlidir. O, könüllü istefa verməsə, federal kansler elə bu gün prezidentə onun istefaya göndərilməsini təklif etməlidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 17-08-2018, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma