Xəbər lenti

Ukrayna və İsrail arasında azad iqtisadi zonanın yaradılması haqqında sazişin bu ilin sonunda imzalanması nəzərdə tutulur.

Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin İsrailin ətraf mühitin qorunması məsələləri üzrə naziri Zeev Elkin ilə görüşündə deyib. Qeyd olunub ki, iki ölkə arasında azad iqtisadi zonanın yaradılması Ukrayna mallarının ixracının artmasına töhfə verəcək. Bundan başqa, iki ölkə arasında idxal rüsumları azaldılacaq, ticarət əməliyyatları artacaq. Bu, Ukrayna mallarının ixracatına yeni imkanlar açacaq. (Azərtac)

 




Ana səhifəyə qayıt        Baxış: 419          Tarix: 17-08-2018, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma