Xəbər lenti

Naməlum şəxslər ABŞ-ın Türkiyədəki səfirliyinin binasını atəşə tutublar.

RİA Novosti agentliyi bildirir ki, bu gün səhər saatlarında baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar. Hadisə yerində 5-6 dəfə silah səsi eşidilib. Cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis silahlı şəxslərin axtarışına başlayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 453          Tarix: 20-08-2018, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma