Xəbər lenti

Qətər əmirinin ailəsinə məxsus 14 təyyarədən biri satışa çıxarılıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qiyməti 640 milyon dollar olan “Boeing 747-8” hava gəmisi əsl elit apartamenti xatırladır. Dünyanın ən nəhəng avialaynerlərindən biri sayılan sözügedən təyyarə 467 sərnişin daşıyır. Burada böyük məsafələri qət etmək üçün hər bir şərait yaradılıb. Təyyarədə bir neçə istirahət zonası, kabinet, konfrans zalına çevrilə bilən böyük qonaq otağı, kinoteatr, yataq, tibb kabineti və 10 vanna otağı fəaliyyət göstərir. Bütün mebel və əşyalar qızılla işlənib

 




Ana səhifəyə qayıt        Baxış: 453          Tarix: 25-08-2018, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma