Xəbər lenti

Amerikada “Halal mallar”a tələbat sürətlə artmaqdadır. Şirkətlər bu malları Qurani-Kərimdə nəzərdə tutulmuş ciddi İslam qanunlarına əsaslanaraq hazırlayır.

Buraya heyvanın necə kəsilməsi və istehlak üçün necə hazırlanması da daxildir. Halal mallara tələbatın artmasına səbəb təkcə bir çox müsəlmanın halal ətə üstünlük verməsi deyil.

Virciniya ştatındakı bu mağaza müştərilərin halal ət və digər məhsullar almaq üçün gəldikləri bir çox mağazadan biribir. “Bu, dinlə bağlıdır, buna görə də biz halal ət yeməliyik” deyə, Samir adlı alıcı bildirir. Saimə adlı alıcı isə bunları deyir: “Mənim uşaqlarım və mən dinə riayət edir və yalnız halal ət yeyirik. Yalnız həyat yoldaşım etmir.”

Birləşmiş Ştatlarda müsəlmanların sayı artdıqca, halal ətə də tələbat artır. “Dinar Standards” şirkətinin ABŞ halal bazarı üzrə araşdırmaçısı Harun Lətif bunu bir neçə səbəblə izah edir. “Amerikada halal ət istehlakı ilk növbədə 5,8 milyon müsəlman əhalisi kontekstində artmaqdadır, lakin daha geniş miqyasda qeyri-müsəlmanlar da halal ət istehlak edirlər”.

Yerli qəssab Əsədulla deyir ki, halal ətə tələbat artır, çünki qeyri-müsəlman müştərilər artır. “Yerli amerikalıların özləri də halal əti sevir, əsasən də keçi və quzu ətini.”

Harun Lətif çox sayda amerikalının halal olduğunu belə bilmədən bu əti aldıqlarını deyir. “Halal ət bir çox böyük pərakəndə satış mağazalarında var. Costco, Walmart kimi mağazalarda olduğu kimi, kiçik özəl mağazalarda da olur. Bəzən qeyri-müsəlman müştərilərdən çəkindikləri üçün üzərinə “halal” etiketi vurmurlar.”

Ekspertlərin fikrincə halal ətin nə demək olduğu haqda bilgilər amerikalıları cəlb edir. Bəziləri isə deyir ki, halal məhsullar restoranlarda da satılmalı, onları bilməyənlərə tanıtmaq üçün festivallar təşkil edilməlidir. (Amerikanın Səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 509          Tarix: 11-09-2018, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma