Xəbər lenti

Bu gün ABŞ-da, təqribən, 3 min insanın ölümünə səbəb olan 11 sentyabr terror hücumlarının 17 ili tamam olur.

2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror qruplaşmasının 19 üzvü ABŞ-da dörd sərnişin təyyarəsini ələ keçirdikdən sonra onların ikisini Nyu-Yorkun ən hündür göydələnlərinə – Dünya Ticarət Mərkəzinin qüllələrinə doğru hərəkət etdirib. Çırpılmadan sonra qüllələrin hər ikisi çöküb.

Faciənin 17-ci ildönümü ilə bağlı bu gün Nyu-Yorkda xatirə tədbirləri keçiriləcək. Sağ qalan və ölənlərin yaxınları olan yüzlərlə insan Dünya Ticarət Mərkəzinin qüllələrinin vaxtilə ucaldığı Qrand Ziro meydançasına toplaşacaq. Terror hücumu nəticəsində ölənlərin xatirəsinə səmaya doğru iki işıq şüası saçılacaq. “Report” vaxtilə Dünya Ticarət Mərkəzinin qüllələrinin ucaldığı, indi isə 11 sentyabr milli memorialının olduğu yerdən fotoreportajı təqdim edir.

Amerikalı-israillı memar Maykl Aradın yaratdığı və inşaası 2008-ci ildə başa çatmış memorial əkiz qüllələrin özüllərinin yerində olan və onların konturlarını təkrarlayan iki böyük hovuzdan ibarətdir. Fundamentin divarlarından ölənlərə görə duyulan kədər və axıdılan gözyaşı rəmzi kimi şəlalə axır. Mərmər plitələrin kənarları boyunca bürünc hərflərlə terror hücumları nəticəsində ölənlərin adları həkk olunub.

Faciədən 17 il keçməsinə baxmayaraq, terror qurbanlarının qalıqlarının üçdə birindən çoxu müəyyənləşməmiş qalıb. Son beş il ərzində yalnız 5 nəfərin qalıqlarını müəyyənləşdirmək mümkün olub. Ümumilikdə isə 1642 nəfərin kimliyi müəyyən edilib.

Ümumiyyətlə, 11 sentyabr terror aktlarında 90-dan çox ölkədən insan ölüb. Onlardan ən yaşlısının 85, ən kiçiyinin isə 2 yaşı olub.

 




Ana səhifəyə qayıt        Baxış: 236          Tarix: 11-09-2018, 16:38      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent