Xəbər lenti

 

2008-ci il 1 mart qırğınlarında iştirak etmiş şəxslərin həbsxanaya göndərilməsi vaxtı çatıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, 1 Mart qətliamı ilə bağlı aparılan istintaq yekunlaşmaq üzrədir:

“Korrupsioner məmurlar, Robert Köçəryan, Serj Sərkisyan, Qagik Xaçaturyan, Manvel Qriqoryan, Taron Marqaryan vidalaşmaq vaxtının gəldiyini düşünürlər və buna görə də müxtəlif addımlar atırlar.

Lakin biz heç kəsi şantaj etməyəcəyik, buna icazə verməyəcəyik, 1 mart hadisəsi artıq həll edilib, qatillər həbsxanada olmalıdır, oğurlanmış əmlak xalqa qaytarılmalıdır. İndi söz sizindir, qatillərə və korrupsioner məmurlara qarşı mübarizə aparmaq lazımdır”.

Paşinyan bildirib ki, keçmiş prezident Robert Köçəryan ittihamdan yayınmaq üçün medianı pulla satın almağa çalışır.

Qeyd edək ki, Robert Köçəryan və digər şəxslər 2008-ci il martın 1-də İrəvanda keçirilmiş etiraz aksiyalarında iştirak edən insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir.

Köçəryan iyul ayında müvafiq ittiham əsasında həbs edilsə də, Apelyasiya Məhkəməsi onun sərbəst buraxılması haqda qərar verib. (teleqraf)




Ana səhifəyə qayıt        Baxış: 139          Tarix: 11-09-2018, 20:57      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent