Xəbər lenti

 

Səudiyyə Ərəbistanı İsraildən qısamənzilli raket hücumlarından müdafiə sistemi (“Dəmir Günbəz”) alıb.

Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə razılaşma Vaşinqtonda İsrail, ABŞ və Səudiyyə hökumətlərinin nümayəndələri arasında keçirilmiş görüşdə əldə edilib.

Məlumatda rəsmi Vaşinqtonun Təl-Əviv və Ər-Riyad arasında vasitəçi rolunu oynadığı bildirilib.

Səudiyyə Ərəbistanının “Dəmir Günbəz”i bu ilin dekabrında təhvil alacağı vurğulanıb.

Qeyd edək ki, İsrail Səudiyyə Ərəbistanından əvvəl bu sistemi Azərbaycana satıb.




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 15-09-2018, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma