Xəbər lenti

ABŞ-ın Əmək Nazirliyi Özbəkistanda toplanan pambığa tətbiq etdiyi sanksiyanı aradan qaldırıb.

Məlumatı ABŞ-ın Özbəkistandakı səfirliyi ölkəsinin Əmək Nazirliyinin hesabatına əsasən yayıb.

“Pambıq yığımında uşaq əməyindən məcburi istifadə edilməsi əhəmiyyətli dərəcədə azalaraq, ilk dəfə irəliləyişə nail olunub”, – hesabatda bildirilib.

Qeyd edək ki, Özbəkistanda hər il 3 milyon ton pambıq yığılır. Ölkə pambıq ixracatı üzrə dünyada 3-cü, istehsalı üzrə isə 6-cı yerdədir.

ABŞ-ın Əmək Nazirliyi dünyanın uşaq əməyindən istifadə olunan 76 ölkəsində 148 adda məhsulun adını dərc edib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 561          Tarix: 22-09-2018, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma